Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis 6 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Maşxan kənd sakini Mirəli Bəşirovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi 18 ədəd çətənə kolu aşkar olunub.

Davam edən əməliyyat tədbiri ilə M.Bəşirovun yaşadığı evin həyətinə keçirilən baxış zamanı oradakı yarımtikilidən 3 ədəd şəffaf şüşə balonda və 2 ədəd sellofan torbada ümumi çəkisi 6 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »