Rusiya istehsalı olan və koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş “Avifir” adlı preparatın ilk partiyası xəstəxanalara təqdim edilib.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, ilk partiyanı Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod, Yekaterinburq və Kazan şəhərlərinin xəstəxanaları tətbiq edəcəklər.

Dərman preparatlarının paylanılmasını dövlət öz nəzarətinə götürüb. İl ərzində 2 milyon kurs “Avifir” istehsalı nəzərdə tutulur.
İlhamə Rəsulova