Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronovirusa yoluxan qadın danışdı: Adım səhv düşmüşdü deyə...

Bir neçə gün öncə “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədovanın koronavirusa yoluxması barədə xəbərlər yayıldı.

Bizimyol.info-nun məlumatına görə, bu gün Südabə Məmmədova öz “Facebook” səhifəsində xəstələnməsi ilə bağlı bunları yazıb:

“Gəncədə COVİD-ə yoluxan QHT rəhbəri mənəm və hazırda xəstəxanadayam...

Bunu yazmaya və hec kimə bildirmədən “qrip idim sağaldım” deyə bilərdim. Məndə hətta qızdırma belə yox idi. Lakin düşünürəm ki, bu yazını yazıb kimisə inandıra bilərəm. Qaydalara riayət edin. Sevdiklərinizi qoruyun!

Nəzərinizə çatdırım ki, məndə xəstəlik çox yüngül formada keçir. Mən evdə də qala bilərdim, heç test də verməyə bilərdim. Lakin mən anamı və oğlumu, bütün ətrafımda olan dostlarımı, xalqımı, hər kəsi çox sevdiyim üçün xəstəxanaya gəlmək istədim. Problem o idi ki, mənim adım səhv düşmüşdü və sadəcə, evdən çıxmağım gecikirdi deyə çox narahat olurdum.

Sadəcə “mən inanmıram” deyən, “qrip idim indi sağalmişam” deyən gözəl xalqım! Sən sağaldın, amma sənin ailə üzvün daşıyıcı olur. Və “inanmıram” deyənlərin nəzərinə: həkimlərimizi qoruyaq. Ailəmizi qoruyaq, nəhayət özümüzü qoruyaq”.

İlhamə Rəsulova

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »