Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobusda kondisionerlər işləyəcək

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, istər nəqliyyat vasitələrində, istərsə də havalandırma sistemi olan yerlərdə hava içəridə sirkulyasiya edirsə, bu cihazların fəaliyyəti məhdudlaşdırılmalıdır.

Belə olan halda virusun yayılma sürəti artır. Bu barədə Bakı Nəqliyyat Agentliyi ilə fikir mübadiləsi aparılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu dövrdə deyilik.

Yəni hələ müzakirə olunur deyilir. BNA tərəfindən isə artıq göstəriş verilib ki, sürücülər kondisoner yandırmasınlar. Avtobusda millət qucaqlaşıb gedəndə virus yoluxmur? İstidən ürəyi, əsəbləri zəif olan insanlar daha çox əziyyət çəkirlr, nəinki virusdan. Ara yerdə sürücü söyülür, əsəblər gərilir.

Ən azından o cür şəraitdə sürücülərin saatlarla işləmək məcburiyyətində olması onların öz həyatı üçün riskdir, hələ sərnişinlərin etirazları və söyüşləri nəticəsində gərilən əsəblərini demirəm. Əsəbdən avtobusu harasa çırpsa, nə olacağını da heç kim proqnozlaşdırmır. Sükan arxasında bu qədər əsəblə insan oturmaz..Üstəli, elə havasızlıq şəraitində kiminsə ürəyi dayanıb ölsə, BNA-nın üstündə qalacaq.Bu gün Bizimyol.info-nun əldə etdiyi məlumata görə Operativ Qərargah və BNA-ın birgə qərarı ilə avtobuslarda kondisionerlərin işləməsinə çox tezliklə icazə veriləcək.

İlhamə Rəsulova

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »