Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı fermer özü üçün elektrik stansiyası tikdi - Video

Siyəzən rayonunda yaşayan fermer Tapdıq Əsgərovun fermaları rayonun kəndlərindən 25 kilometr uzaqda yerləşir.

Böyük təsərrüfata malik Tapdıq Əsgərov öz fermasını əvvəllər generator vasitəsilə enerji ilə təmin etsə də, bu ona baha başa gəlib və işini tam yarıtmayıb. Ona görə. Tapdıq kişi külək və günəş enerjisindən istifadə etməyi düşünüb və xəyallarını gerçəkləşdirib.

“Qonşu kəndlərdə, yaylaqlarda mənə həsəd aparırlar. 24 saat işığımız var. Əkinlərin suarılması, heyvanların sağılması, qoyunların qırxılması, çobanların məişəti hamısı elektrik enerjisi tələb edirdi.Mən də öz çarəmi özüm tapdım”,- deyən fermer hazırladığı elektrik mənbəyinin əslində çox da baha başa gəlmədiyini deyib.

“Hər şey panellərin sayından asılıdır.14 panelim var, onlara 6 min manat xərcləmişəm.Aylıq 300 manat işıq pulu verirdim.İndi özüm hazırlayıram. Külək turbinim də var. Bu gecələr də enerji toplamağıma kömək edir. Toplanan enerjini akkumlyatorlara yığıram.Külək turbini gecələr və qışda daha çox işə yarayır. Günəş panelləri yayda daha effektivdir. Buludlu havalarda da elektrik enerjisi istehsal edə bilirlər”,- deyən fermer hazırda təsərrüfatını tam enerji ilə təmin etmək üçün 10 işıq dirəyi basdırdığını da söyləyib.

İlhamə

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »