Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanın 25 vətəndaşı Bakı Limanından ölkəsinə yola salınıb

Yen növ koronavirusun (COVID-19) pandemiyası səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 25 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan və 1 gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-nin “Merkuri 1 ” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. May və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »