Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaxda məcburi köçkünlərin evlərini zəhərli ilanlar basıb

Qax rayonunda sürünənlər məcburi köçkün ailələrini qorxuya salıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmircan kəndində, beş məcburi köçkün ailəsinin məskunlaşdığı köhnə ferma ərazisində ilanların əlindən rahat hərəkət etmək, hətta evdə dincəlmək belə, mümkün deyil.

Məcburi köçkünlər bildirirlər ki, ilanlar bir neçə gündür evlərin ətrafında, hətta otaqlarda görünməyə başlayıb. Ötən il də eyni aqibəti yaşayan sakinlər hər gün bir neçə ilanı öldürdüklərini söyləyirlər.

Laçın rayonundan məcburi köçkün Rəfael Ağalarovun sözlərinə görə, evin çöl divarından girən ilanlar otaqlara daxil olur. Ailə üzvləri dünən səhər də eyni halla qarşılaşıblar. Belə ki, gürzə evin çöl divarından evə daxil olmaq istəyib. Lakin ailə üzvləri onu öldürə biliblər.

Sakinlər artıq aidiyyəti qurumlara müraciət ediblər. Ərazi icra nümayəndəliyinə edilən müraciətə cavab olaraq onlara bildirilib ki, əraziyə baxış keçiriləcək və ilanların olduğu yerlər dərmanlanacaq.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »