Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA əməkdaşlarının sayı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə akademiyanın onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10 036 nəfərdir.

Elmi işçilərin ümumi sayı 4 700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1 925 nəfəri fəlsəfə doktorudur.

Bildirilib ki, AMEA-nın tərkibi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. Akademiyanın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »