Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya neftdən gəlir götürə bilmir

Rusiya neftinin aprel üçün ixrac satışından gəlir iki dəfədən çox azalıb. Federal Gömrük Xidmətinin məlumatına görə, keçən ilin analoji dövrü ilə müqayisədə qazanc xeyli aşağı düşüb.

Bizimyol.info xəbər verir ki, aprelin hesabatı ay ərzində neft satışının Rusiyaya 4.4 milyard dollar gətirdiyini ortaya çıxarır. Bu isə təkcə martla müqayisədə 40 faiz azdır.

Hərçənd, Rusiya neftinin apreldə ölkədən çıxarılan fiziki həcmi 5 faiz artıb, 21.8 milyon tona çatıb. Ruslar gəlirlərin azalmasının OPEK razılaşmasının martda pozulması ilə əlaqələndirir.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, “Urals” apreldə orta hesabla 18.2 dollara satılıb. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 3.9 dəfə azdır.

Rusiya nefti ən böyük zərbəni martda görmüşdü. Səudiyyə Ərəbistanı ilə fikir ayrılığı çox pis nəticələndi. Apreldə “Urals”ın barelinin 10 dollardan ucuz satıldığı vaxtlar olub.

Son xəbərlər
Bütün xəbərlər »