İraqda yeni koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 1 146 nəfər artaraq 15 414-ə çatıb.
“Report” xəbər verir ki, İraq Səhiyyə Nazirliyi “Facebook” hesabında həmçinin 383 nəfərin sağaldığını, 34 nəfərin də öldüyünü açıqlayıb.
Bütövlükdə İraqda indiyədək koronavirusdan 426 nəfər ölüb, 6 214 nəfər də sağalıb.