Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan şəhərinin sakinləri 19 saat yolun kənarında prezidenti gözləyib

Türkmənistan sərt diktaturanın hökm sürdüyü ölkələrdəndir. Buna görə də Xəzərin o tayından gələn xəbərlərə təəccüblənmirik.

Bizimyol.info xəbər verir ki, Türkmənistan şəhərinin sakinləri 19 saat yolun kənarında prezidenti gözləyib. Türkmənabadda adamları səhər saat 4-dən 23.00-a qədər aeroport yolunun qırağında saxlayıblar. Qurbanqulu Berdıməhəmmədovun yubanması ortaya əcaib mənzərə çıxarıb. İnsanlar açıq havada günün böyük hissəsini keçirib, onlara gündən qorunmaq üçün çətirlər verilməyib, hətta su da paylanmayıb.

Türkmənabad aeroportu xeyli kənarda, az qala səhrada tikilib. Şəhər rəhbərliyi prezidentin gəlişinə yaxşı hazırlaşmağa çalışsa da, təşkilatçılıq bərbad alınıb. İnsanlar böyük əziyyət çəkib. Alternativ medianın yazdığına görə, hətta huşunu itirənlər olub. Bundan sonra adamlara su alıb paylamaq yada düşüb.

Axşama doğru prezidenti gözləyən şəhər sakinləri üçün çəlləklərdə pivə və kvas gətirilib. İçki əldə etmək üçün böyük basırıq yaranıb.

Şəhər sakinlərinin bəxti həm də onda gətirməyib ki, Berdıməhəmmədov hələ Aşqabad aeroportunda nazirlərin iştirakı ilə müşavirə keçirmək qərarına gəlib. Bu müddətdə Türkmənabadda camaatı yolun kənarında prezidentin təyyarəsinin yerə enməsini gözləyirmiş.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »