Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AXCP-dən məhkəmənin qərarına reaksiya: "Gülməlidir..."

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəsimi rayon Məhkəməsinin iyunun 10-da partiya barədə verdiyi qərarı qanunsuz və əsassız sayır.

Bizimyol.info xəbər verir ki, söhbət AXCP-nin keçmiş üzvü Aydın Əliyevin partiyaya və bu qurumda Nəzarət-Təftiş Komissiyasının sədrliyinə bərpası barədə qərardan gedir.

A.Əliyev partiya sədri Əli Kərimliyə qarşı məhkəmə iddiasında göstərib ki, onun AXCP sıralarından uzaqlaşdırılması barədə qərar qanunsuz və əsassızdır. 1995-ci ildən bu partiyanın üzvü olduğunu deyən A.Əliyevin sözlərinə görə, AXCP-nin 27 sentyabr 2015-ci ildə keçirilən qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, daha sonra sədr seçilib. A.Əliyev iddia edir ki, onun bu quruma sədr seçilməsi Ə.Kərimlinin ürəyincə olmayıb. Ona görə də göstəriş verərək, partiyadan uzaqlaşdırılmasına nail olub.

Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov A.Əliyevin partiyadan kənarlaşdırılması barədə AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarının ləğv olunması, onun partiya üzvlüyünə və Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpası barədə qərar çıxarıb.

AXCP mətbuat xidmətindən Bizimyolşinfo-ya bildirilib ki, hakim belə bir qərar verməklə səlahiyyət həddini aşıb. Çünki məhkəmənin kimisə hansısa partiyaya üzv etmək səlahiyyəti yoxdur: “Bu qərar gülməlidir, absurddur”.

Partiyadan onu da qeyd ediblər ki, 2015-ci il sentyabrın 27-də keçirilən qurultayın nəticələrini Ədliyyə Nazirliyinin Reyestr Xidməti qeydə almaqdan imtina edib. Həmin qurultayda qərar verilən əsas iki məsələ sədrin və Nəzarət-Təftiş Komissiyası üzvlərinin seçilməsi idi: “O vaxt Ədliyyə Nazirliyi bu dəyişiklikləri qeydə almaqdan imtina edib. Bununla əlaqədar partiya bütün yerli məhkəmə instansiyalarını keçib, artıq Avropa Məhkəməsinə müraciət olunub. O zaman Ali Məhkəmə də belə qərar verdi ki, Ədliyyə Nazirliyi qurultayın nəticələrini qeydə almamaqda haqlıdır. Belə olan halda, Nəsimi rayon Məhkəməsinin qeydə alınmayan nəticəyə istinad etməsi, həm də Ali Məhkəmənin qərarına ziddir”.

Partiyanın mətbuat xidməti bildirir ki, A.Əliyev partiyanın Nizamnaməsinə zidd hərəkətlərinə görə uzaqlaşdırılıb. Bu barədə qərar da Nizamnaməyə uyğun şəkildə çıxarılıb.

Ə.Kərimlinin partiyada diktatura mühiti yaratması və s. ittihamlarına gəlincə, AXCP mətbuat xidməti A.Əliyevin dediklərinin qərəzli və absurd olduğunu vurğulayıb: “Onun absurd ittihamlarına cavab vermək vaxt itkisidir”.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »