Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezidentin koronavirusa qarşı mübarizə ilə bağlı etdiyi çağırışlar əhəmiyyətli və önəmlidir” - Deputat

Xəbər verdiyimiz kimi iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir.

Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədi həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etmək məqsədi daşıyır.

Ramil Həsən Ramil Həsən

Deputat qeyd edib ki, əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir: “Üç modul tipli xəstəxananın açılış mərasimində cənab Prezident çıxış edərək bu gün bəşəriyyətin qlobal bəlasına çevrilmiş koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan dövlətinin atmış olduğu uğurlu addımlar-əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması, eyni zamanda vətəndaşlarımızın sosial məsuliyyəti dərk edib ciddi şəkildə bütün qanunlara əməl etməsilə bağlı çağrışlarını və tövsiyyələrini bölüşüb.

Dövlət başçısının koronavirusla mübarizə tədbirləri çərçivəsində aparılmış işlərə verdiyi yüksək qiymətlə yanaşı əhalimizin minimul zərərlə və maksimum uğurla qlobal bəladan qutarması ilə bağlı atılan addımları ciddi şəkildə vurğulamış, eyni zamanda vətəndaşlarımızın sosial məsafəni saxlaması və gigiyena qaydalarına riayət etməsi ilə bağlı çağırış etdi. Prezidentin koronavirusa qarşı mübarizə ilə bağlı etdiyi çağırışlar vətəndaşlarımız üçün əhəmiyyətli və önəmli olmalıdır. Prezidentimizin əhalinin keşiyində duran və əhalinin sağlamlığını qorumaqla bağlı atdığı addımları dəstəkləməli, vacib olmadıqda insanları evdə qalmağı təbliğ etməliyik.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində ötən həftənin şənbə və bazar günləri sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu qaydaya uyğun olaraq Prezidentimizin dediyi kimi insanlar məsuliyyətini dərk edərək evdə qalmağa üstünlük versə də, təəssüf ki bir qrup insanlar məsuliyyətsizlik edərək, inzibati xətalar törədərək özünün və vətəndaşların təhlükəsizliyini nəzərə almayaraq xoşagəlməz addımlar atmış. Eyni zamanda, həmin şəxslər polisin öz vəzisfəsini həyata keçirməsinə mane olub, polislə vətəndaş arasında qarşıdurmaya səbəb olan suni şərait yaradıblar. Dövlətin keşiyində durmalı olan hüquq mühafizə orqanları vətəndaşlarımızın hüquqlarını və haqlarını qorumaqdadır.

Pandemiya dövründə polis əməkdaşları ilə həkimlərimizlə birlikdə gecə-gündüz demədən vətəndaşlarımızın keşiyində durması, əhalinin sağlamlığı və təhlükəsizliyi üçün atığı addımlara görə vətəndaşlar onlara sahib çıxmalıdır. Yaddan çıxarmayaq ki qanunun aliliyinin qorunduğu yerdə dövlət daha da güclü olur”.

Deputat Ramil Həsən qeyd edib ki, hazırda Azərbaycanda mövcud səhiyyə imkanları vəziyyəti nəzarət altında saxlamağa imkan verir: “Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır”.

Ramid İbrahimov

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »