Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır” - Deputat

Xəbər verdiyimiz kimi iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir.

Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədi həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etmək məqsədi daşıyır.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat qeyd edib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır: “Pandemiyanın ilk günlərindən, məhz Cənab Prezidentin iradəsi ilə atılan addımlar, sonrakı fəsadların minimuma endirilməsi baxımından yüksək qiymətləndirilir. İlkin mərhələdə, təxirəsalınmaz tədbirlər fonunda laboratoriyalar quruldu, testlərin alınması təşkil edildi. İki həftə ərzində, mövcud vəziyyətlə bağlı yaranan maska probleminin birdəfəlik həlli məqsədi ilə tibbi maska müəssisəsinin birincisi, bir neçə gün sonra isə ikincisi işə salındı. Bir neçə xəstəxana virusa yoluxan xəstələrin qəbulu üçün hazır vəziyyətə gətirildi. Dezinfeksiya işlərinə start verildi. Modul tipli xəstəxanaların qurulması da, görülən işlərdən biri oldu. Bu ayın sonuna kimi daha 6 xəstəxana açılacaq ki, bununla da modul tipli xəstəxananın sayı 10-a çatdırılacaq.

Cənab Prezidentin də qeyd etdiyi kimi, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur: "Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”.

Deputat Tamam Cəfərova bildirib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır: "Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Deputat bildirib ki, hazırda ölkəmizdə mövcud səhiyyə imkanları vəziyyəti nəzarətdə saxlamağa tam imkan verir: "Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı nümunə göstərməsini, görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirib. Statistik rəqəmlərə görə, indiyə qədər ölkəmizdə 350 min test keçirilib. Yoluxanların sayı isə 8 minə qədərdir. Bu nəticə nəinki qonşu dövlətlərlə, hətta inkişaf etmiş və Cənab Prezidentin də dediyi kimi, dünyaya nümunə kimi göstərilən ölkələrlə müqayisədə çox aşağı həddir. Cənab Prezidentin də vurğuladığı kim, inkişaf etmiş ölkələrdə bu virusdan ölənlərin sayı, bizdə yuluxanların sayından çoxdur. Hansı ki, o ölkələrin səhiyyə sistemi etalon hesab edilirdi. Bizdə hər bir yoluxmuş insana münasibətin, yanaşmanın daha ciddi və daha effektli olduğunu rəqəmlər açıq şəkildə ortaya qoyur.

Ermənistanda yoluxanların sayına baxanda isə bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu görməmək mümkün deyil. Bu ölkədə yoluxanların sayı 13 mini ötdüyü halda, testlərin sayı Azərbaycanla müqayisədə 5-6 dəfə azdır. Cənab Prezidentə gördüyü işlərlə bağlı hər gün yüzlərlə təşəkkür məktubu gəldiyi halda, Ermənistan rəhbərliyi bacarıqsızlığı, acizliyi baxımından tənqid və təhqir olunur. Amma bütün hallarda, biz, dövlətimizi və dövlət başçımızı ancaq inkişaf etmiş ölkələr və onların rəhbərləri ilə müqayisə edə bilərik".

Deputat Tamam Cəfərova son 10 gün ərzində yoluxanların sayında müşahidə olunan artıma da münasibət bildirib: “Son 10 gündə yoluxanların sayında artımın olması, bəzi vətəndaşlarımızın məsuliyyət hissinə biganə yanaşmasının nəticəsidir. O insanlar anlamalıdırlar ki, yumşaldıcı addımların atılmasına baxmayaraq, yoluxanların sayı kəskin artarsa, yenidən məhdudlaşdırıcı tədbirlər görüləcək. Unutmayaq ki, Azərbaycan dövləti məhdudlaşdırıcı tədbirlərə getməklə, vətəndaşını, vətəndaşının sağlamlığını iqtisadi gerçəklikdən üstün tutur. Bu baxımdan vətəndaşın da mövcud vəziyyətə münasibəti adekvat olmalıdır.

Fürsətdən istifadə edərək, bütün vətəndaşlara səslənirəm: bu mübarizədə əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Gəlin, bu mübarizədə həmrəylik göstərək, dövlətin bizim sağlamlığımız üçün etdiklərini qiymətləndirək, bütün məsuliyyətimizlə dövlətimizin yanında olaq, karantin rejiminin tələb etdiyi qaydalara riayət edək. Ancaq birlikdə biz qalib gələ bilərik. Biz birlikdə güclüyük!"

Ramid İbrahimov

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »