Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya banklarının xalis mənfəəti mayda azalıb

Bu ilin yanvar-may aylarında Rusiyanın bank sektoru 561 milyard rubl (8,2 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

“Report” xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Naibullina bildirib.

Onun sözlərinə görə, mayda yerli bankların xalis mənfəəti koronavirus (COVID) pandemiyasının təsiri ilə 500 milyon rubl (7,3 milyon ABŞ dolları) azalıb.

“Pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadi vəziyyəti dərhal düzəltməyəcək. Bununla belə, gələcəyə nikbin baxırıq, çünki ticarət əməliyyatları bərpa olunur. İqtisadiyyatın özünü bərpa etməsi üçün bir neçə rüb lazımdır”, - deyə tənzimləyici qurumun rəhbəri bildirib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi gözlənilən həddə olduğu üçün uçot dərəcəsini daha da azaltmaq üçün imkanlar var.

Xatırladaq ki, Rusiya Bankı bu ilin aprel ayında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq son 6 ildə ilk dəfə 6%-dən 5,5%-ə endirib.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »