Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vəziyyət dözülməzdir” - Deputat Naxçıvana reyslərin bərpası ilə bağlı məsələ qaldırdı

Deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargaha yazılı müraciət edib.

Oxu.az-ın xəbərinə görə, bununla bağlı F.Mustafa “Facebook” hesabında yazıb.

Fazil Mustafa Fazil Mustafa

O bildirib ki, müraciəti Naxçıvana təyyarə reyslərinin açılması ilə əlaqədardır.

“Vəziyyət dözülməzdir, istirahət üçün getmək istəyənlər lütfən gözləsinlər, Naxçıvanda və burada üç aydır qalmağa məhkum olmuş insanlara, xəstələrə, uşaqlara üstünlük verilməklə sərnişinlər dərhal daşınmalıdır. Təbii ki, bu proses karantin qaydalarının tələbləri gözlənilməklə həyata keçirilməlidir”, - deyə F.Mustafa əlavə edib.

Onun fikrincə, həm Naxçıvanda, həm də Bakıda xüsusi işçi qrupu yaradılmalıdır. Deputat bildirib ki, həmin qrup yaxın 10 gün ərzind gediş-gəliş məsələlərini həll etməlidir:

“Bu insanların hava limanına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri ayrılmalıdır. İmkanı olmayan insanları dövlət biletlə təmin etməlidir. Çünki çoxunun cibində pulu qalmayıb. Karantin müddətini keçmələri üçün də xüsusi yer ayrılmalıdır. Hər dəfə orada və burada çıxılmaz, imkansız vəziyyətdə qalan naxçıvanlılarla danışanda təsəlli üçün söz də tapa bilmirəm”.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »