Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şirin qar" bayramının tarixçəsi: Bu gün Beynəlxalq Dondurma günüdür

10 iyun uşaqların , elə səhhəti əl verirsə böyüklərində çox sevdiyi dondurmanın günüdür. 1786-cı il 10 iyunda ABŞ-da dondurma ilk dəfə kütləvi şəkildə satışa çıxarıldı. Halbuki, kulinaryada o daha əvvəllər istifadə olunmağa başlamışdı.

Qədim çində meyvə şirəsinə buz qatmaqla ilk dondurmalar hazırlanmışdı. Onun reseptini Çindən İtaliyaya səyyah Marko Polo gətirmişdi.

Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransaya ayaq açır və kübar adamların yemək rasionunda özünə yer tutur. Onlar dondurmanın reseptini sadə camaatdan gizləyir, geniş yayılmasını istəmirdilər. Amma bir müddətdən sonra sirlər açılır. Dondurmanın resepti Amerikaya gedib çıxır. İlk dondurma zavodu 1851-ci ildə ABŞ-nın Baltimor şəhərində fəaliyyətə başlayıb.

Başqa bir əfsanəyə görə, ilk dondurmaçı Yekaterina Mediçinin aşpazı De Marko olub. Bu dondurma hazırlayan aşpaz I Karlın o qədər xoşuna gəlir ki, onu krallığın dondurmaçısı adlandırır. I Karl bu şəxsə ömürlük təqaüd açır, yalnız onun qarşısında dondurmanın hazırlanma reseptini heç kimə söyləməmək şərti qoyur. Çünki bu soyuq desert krallığa aid qida hesab olunurdu.

DeMarko I Karlın başı kəsildikdən sonra resepti açıqlamağa başladı.

Amerikaya ilk dəfə olaraq dondurma 1774–cü ildə Filipp Lenzi tərəfindən gətirilmişdi. 1846–cı ildə Nyu–Cersidən Nansi Conson adında biri əl frizeri adı altında aparat kəşf etdi. Bu yaradılmış yenilik həqiqətən də dondurmaların hazırlanmasında dönüş nöqtəsi oldu. Lakin Nansi Conson öz ixtirasını patentləşdirmədi. 30 may 1848–ci ildə Yonq soyadını daşıyan biri həmin frizerə bənzəyən aparatı öz adına patentləşdirdi və ona "Dondurma üçün Conson Frizerin patenti" adını verdi.

Merilend ştatının Baltimor şəhəri dondurmaların tarixində xüsusi rol oyanayıb. Məhz bu şəhərdə 1851–ci ildə "şirin qar" – ın Yakob Fussel tərəfindən hazırlanması başladılmışdır. Həmin şəxs Amerikada dondurma sənayesinin atası adlandırılırdı.

Dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər.

İlhamə

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
Son xəbərlər
Bütün xəbərlər »