Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluğu keçmiş prezidentə qarşı yeni ittiham irəli sürüb

Ukrayna Baş Prokurorluğu keçmiş prezident Pyotr Poroşenkoya qarşı yeni ittiham irəli sürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin vəkili İlya Novikov bu ittihamları qeyri-qanuni adlandırıb.

O, Proşenkonun Ukraynanın Dövlət Araşdırmaları Bürosuna dindirilmə üçün çağırıldığını təsdiqləyib: “Dindirilmə başlanana qədər Baş Prokurorluğun bir əməkdaşı bizə yaxınlaşdı, ittiham haqqında məlumat verməyə çalışdı. Lakin onun davranışı qanun-qaydaya uyğun olmadığı üçün, ünsiyyət qurmaqdan imtina etdik”.

Novikovun sözlərinə görə, ittiham irəli sürülməsi ilə bağlı məlumat parlament deputatına Baş prokuror İrina Venediktova tərəfindən təqdim edilməlidir.

Proşenkonun “Avropa həmrəyliyi” partiyasının mətbuat xidmətindən isə bildirilib ki, Ukraynanın Dövlət Araşdırmaları Bürosu Proşenkoya Sergey Semoçkonun Xarici Kəşfiyyat İdarəsinin müavini təyin edilməsi işi ilə əlaqədar ittiham irəli sürmək niyyətindədir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »