Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüsal Qasımlı: "Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək"

Azərbaycanda prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12% olacağı proqnozlaşdırılır.

“İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan 10-luğun sırasında olmağımızı göstərir. Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadarır: 238%. Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40%-dən çoxdur. COVİD-19 pandemiyası səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, Böyük 20-lik və s. qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-ə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır”, - deyə V. Qasımlı qeyd edib.

Qeyd edək ki, bu ilin əvvəlinə Azərbaycanın birbaşa xarici dövlət borcu 8,32 mlrd. ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 mln. dollar, ümumilikdə xarici dövlət borcu 9,1 mlrd. dollar olub.

V. Qasımlının sözlərinə görə, Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2% olub ki, bu da borc strategiyasında nəzərdə tutulan – 15%dən əhəmiyyətli şəkildə aşağıdır.

“Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20%-in ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada – ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır”, - deyə V. Qasımlı qeyd edib.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »