Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç düşündünüzmü, bu günlərdə polis olmasaydı, nə olardı?"

“Qarabağ müharibəsi başlayanda ilk öndə gedənlər sırasında yüzlərlə polis olub, bu Vətən savaşında neçə-neçə polisimiz şəhid olub. Respublikamızdakı ictima-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək istəyən təxribatlara qarşı da ön cəbhədə Azərbaycan polisi dayanıb”.

Bu açıqlamanı Bizimyol.info-ya YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər doktoru Vaqif Abdullayev verib. O son günlər sosial şəbəkələrdə Azərbaycan polisinə qarşı mənfi rəy yaradılmasına can atanların olduğunu bildirərək pandemiya dövründə Azərbaycan polisinin göstərdiyi fədakarlıqları qeyd edib.

Vaiqf Abdullayev Vaiqf Abdullayev

“Azərbaycan polisinin son 3 ayda göstərdiyi fədakarlıqları kiçiltməyək. Pandemiya başlayandan həkimlərimizlə yanaşı, polislərimiz də əsil fədakarlıq göstərir, gecə-gündüz bu xəstəliyin yayılmaması üçün ayaq üstədirlər. Onlar hər gün minlərlə insanla təmasda olurlar, bunun özü bir təhlükə, riskdir. Ancaq polislərimiz həyatlarını təhlükə və risk altına ataraq vətəndaşların yanındadırlar, onlara əllərindən gələn dəstəyi, köməyi göstərməkdədirlər. Evində çörəyi olmayana çörək aparır, suyu kəsilən məhəllələrə su maşınlarını yollayırlar. Dərmana ehtiyacı olanlara dərman alıb verirlər, neçə-neçə insanı öz maşınlarında xəstəxanaya aparırlar. Azərbaycan himni səslənəndə farağat dayanıb, qürurla iftixar ünvanına çevrilirlər.

Azərbaycan polsisi hər zaman dövlətin və xalqın şərəf və qürur mənbəyi olubdur. 102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.

Bir anlıq polis olmadan vəziyyəti göz önünə gətirək, yüzlərlə insanın xəstəliyə yoluxacağını və virusun artacağını, onlarla insanın həyatını itirəcəyini təsəvvür edirsinizmi?

Polisə zibil atmaq yox, onu güllə qarşılamaq lazımdır”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »