Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Karantin dövründə ən çətin vəzifə həkimlərlə yanaşı, polislərin üzərinə düşür”

“Üç modul tipli xəstəxananın açılışı koronavirusa qarşı mübarizə sahəsində növbəti önəmli addımdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

“Çünki bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq. Azərbaycan Prezidentinin məqsədi xalqımızın rifahıdır, sağlamlığıdır. Həyata keçirilən tədbirlər bunun nümunəsidir”, - deyə o bildirib.

Millət vəkili həftəsonu sərt karantin rejiminin tətbiq olunmasından da danışıb: “Başa düşürəm ki, isti günlərdə karantin qaydalarına əməl etmək çətindir. Ancaq qeyd etməliyəm ki, sonuncu iki günlük sərt karantin dövründə ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Həm vətəndaşlar, həm də polis əməkdaşları nümunəvi davranıb. Epizodik pozuntular olub, onlara da hüquqi qiymət verilib”.

Millət vəkili vurğulayıb ki, ümumiyyətlə, vətəndaş qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə evdə qalmalı, tibbi maska taxmalı, sosial məsafəni qorumalıdır: “Vətəndaşlar hətta açıq havada da maska taxılmalıdır. Təsəvvür edin ki, övladınızla dənizkənarı parkda gəzirsiniz, koronavirus daşıyıcısı asqırdıqda, sizin övladınız da yoluxa bilər. Sonuncu statistikalar da göstərir ki, bu, həqiqətən də belədir. Çox təəssüf ki, cəmiyyətdə koronavirusun mövcudluğuna birmənalı münasibət yoxdur. Yaxşı xatırlayıram, baş infeksionist hələ mart ayında deyəndə ki, ölkədə koronavirus hələ yoxdur, hamı dedi ki var, gizlədirlər. İndi deyir ki, koronavirus var, hamı deyir ki, uydurmadır. Dövlət koronavirusla mübarizəyə 3 milyard manatdan artıq vəsaiti ayırıb, modul tipli xəstəxanalar tikilir, sahibkarlara, vətəndaşlara maddi yardımlar edilir, indi də deyirlər ki, yeni cərimə ilə büdcə gəlirlərini artırmaq istəyirlər. Belə nümunələr çoxdur. Səbəbi başa düşülən deyil. Lakin bir həqiqət var ki, koronavirus can alır, təkcə bizim ölkədə deyil, İtaliyada, Almaniyada, Amerikada, Türkiyədə və hər yerdə...”

Millət vəkili karantin dövründə ən çətin vəzifənin həkimlərlə yanaşı, polislərin üzərinə düşdüyünü bildirib: “Polis kifayət qədər peşəkar və səbrli xidmət göstərir. Elə ən çox riskə məruz qalan da polislərdir. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə, ictimai asayişi qoruyan da Azərbaycan polisləridir. Hansısa epizodik hadisə və ya sosial şəbəkələrdəki rəylər bizim həmrəylimizə, birliyimizə təsir edə bilməz. Əksinə, bu, cəmiyyət olaraq bizi daha da güclü edir”.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »