Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada narkotik becərən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »