Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gücləndirilmiş karantin rejimi və gücdən düşmüş insanlar

Dünən Nobel prospektində “Azərneftyağ” zavodundan işdən çıxan fəhlələrin 32 saylı marşrutun az qala pəncərələrindən sallanaraq getməsinin şahidi oldum. İç-içə girmiş, qucaqlaşmış insanlarda maska görmədim . Virusu yayan səbəb olaraq kondisionerləri bağlı olan basabas avtobuslarda 100-dək adam yoluxmağa potensial namizəddir.

Eyni vəziyyət bütün avtobuslarda və metroda davam edir. Karantin tədbirləri işləmir. Bu yandan da həftə sonu qoyulan qadağalar insanlarda onların effektiv olacağına inamı azaldır. Türkiyədən götürdüyümüz bu model nə nəticə verəcək bəlli deyil. Hər halda türklər ondan imtina etdilər. Rusiya da yoluxma sayının yüksək olmasına baxmayaraq karantin rejimindən əl çəkdi. Zellandiya isə ümumiyyətlə bayram elan edərək pandemiyanı yendiyini bəyan etdi. Həyata döndü. Bizim üçün olsun!

Bəs bizdə nə var? Sadəcə, düşüncələrdə xaos. Həftəsonu qadağalar yenə gözlənilir. Elan edildi. Amma ekspertlər narazılıq edirlər.

“Hökumət iş yerlərində, ticarət, iaşə, xidmət və ictimai nəqliyyatda ciddi rejimi təmin edə bilməsə, bütün səylər boşa gedəcək”.

Bu fikirləri Bizimyol.info-ya hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib.

Sahib Məmmədov

Xidmət sahələrində, o cümlədən banklarda heç bir karantin tədbirinə əməl edən yoxdur. Metropolitendə pik saatlarda ehtiyat eskalatorları işlətmirlər. Daxili iş yerlərində karantin qaydalarına əməl olunmur. Cinayət Məcəlləsinə 139-1 maddəsini niyə gətirdiniz? İXM 211--ci maddəsi bu təsisatların vəzifəli şəxslərinə münasibətdə niyə işləmir? Bir adı çəkilən qurumun rəhbəri cərimə olunubmu?

Cənab Prezident də dedi Qapalı yerlərdə maska geyilməlidir, məsafə saxlanmalıdır və gigenik tələblərə əməl olunmalıdır. Mən bir neçə yer tanıyıram ki, orda tam qaydalara əməl olunur. Məsələn Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası. Mənim iş yerin biznes mərkəzdədir deyə bizdən heç nə asılı deyil. Liftlər, koridorlarda bir nəfər belə maska taxmır. Amma bir təsisatın və ya bir neçə qurumun əməl etməsi vəziyyəti düzəltməyəcək.

Keçən həftə sonu 56 saatda eyni qayda ilə tədbiq etdiyiniz karantin tədbirlərində onlarla boşluqları göstərdik . 56 saat zibil atma, çörək alma, dərman alma, dealizə, kimyəvi terapiyaya getmə, baş ağrısına da təcili yardım çağır, onlar da əsas işindən-gücündən olsunlar, camaatla üz-göz ol, gərginliyi artır – siz axı nəyə nail olmaq istəyirsiniz?! 56 saat müddətdə, 35 dərəcə istida camaatı evə doldurmaqla nə qazanacaqsınız?! Yaxşı, məsuliyyətli dövlət verdiyi qərarın hesabını da ödəməlidir – biznesə hər yeri qapadırsınız, bəs bunun qiymətini niyə ödəmirsiniz?!

Hökumət olaraq yaşayış məskəni təşkil etməlisiniz, etmirsiniz – yazıq vətəndaş gecə ilə özünə daxma tikir, əslində sizə kömək edir də, sizin işinizi görür, gəlib sənədləşdirib normaya salmaqdansa daxmasını başına uçurdursunuz! Hökumət olaraq iş vermirsiniz, camaat özünü oda-közə vurur, yarı-qaçaq, yarı-doğru çalışır, hökumətən iş istəmək əvəzinə, hökumətin onu işə salmasını istəmir – yenə belə camaatın qədrini bilmirsiniz! Olmaz belə, ölkəni, dövləti uçuruma sürükləməyin, vətəndaş qarşıdurmasını yaratmayın”,- deyən politoloq çıxış yolunu necə görməsindən də danışıb.

“Qərargah qərar verdi ki, hətta dişi, başı, mədəsi ağrıyan insanlar da 48 saat ərzində ancaq təcili yardıma zəng etməli idilər ki, dərman, və ya kömək alsınlar. Cənablar, Təcili Yardım indiki pandemiya şəraitində qızıla bərabər aktivdir, onları nədən boş işlərə zaman ayırmağına məcbur edirsiniz. Hər məhəllədə sovetdənqalma poliklinikalar var – onları 24 saatlıq iş rejiminə keçirin, işçilərə yüksək maaş verin, qoyun xırda məsələlərlə onlar məşğul olsunlar,

Operativ Qəragah bu həftə sonu eyni səhvləri təkrar etməməli, nəticələr çıxartmalıdır. Belə sərt karantin tədbirləri məqbul və rassional deyil, heç effektiv də deyil. Bu həftəsonu 3 gün Malları, qeyri-ərzaq dükanlarını, qapalı məkanlarda xidmət göstərən kafe-restoranları qapatmaq olar, bu məqbuldur (bir şərtlə ki, kiçik-orta sahibkarlara yeni dəstək paketi hazırlansın). Amma insanları 35 dərəcə isti olacaq günlərdə evə qapatmaq olmaz, yanlış və zərərlidir. Vətəndaşlar məsuliyyətli şəkildə açıq havada qrup halında olmadan gəzməli, ərzaq və dərman ala, zibilini ata, sayğacına pul vura bilməlidir. Bu şərtlər çərçivəsində məsuliyyətli olmayan vətəndaşları cərimələyin – buna sözüm yoxdur. Amma cəzaları da mədəni şəkildə etmək lazımdır, çünki, cəzanın məqsədi pul almaq deyil, virusun yayılmasının qarşısını almaqdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »