Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədi rayonunda velosiped oğruları saxlanılıb

Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanılıblar. Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosiped oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Polis əməkdaşları tərəfindən saxlanılan Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Faktla bağlı 5-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxlsərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »