Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertlər koronavirusun təsirlərilə bağlı Baş nazirə müraciət etdi

Vergi mütəxəssisləri Azərbaycan Respublikasının Baş nazir, Nazirlər Kabineti yanında Operativ Qərargahın sədri Əli Əsədova pandemiyanının iqtisadi və hüquqi təsirləri barədə müraciət hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, vergi mütəxəssisi Sirac Piriyev və Vəli Əliyevin müraciətində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə iaşə obyektlərinin fəaliyyəti dayandırılmalıdır.

Sirac Piriyev Sirac Piriyev

Mütəxəssislər hesab edir ki, yay mövsümünün gəlməsi ilə əlaqədar Qərargah tərəfindən iaşə obyektlərinin fəaliyyətinə icazə verilməsi düzgün addım deyildi: “Tətbiq edilən məhdudiyyətlər nəticəsində bu sektorun qarşılaşdığı maddi itkilər böyük olsa da, karantin dövründə həmin iaşə obyektlərinin qapalı məkanlarda fəaqliyyətə başlaması yalnız epidemiyanın böyüməsinə xidmət edir ki, bu da hər bir vətəndaşın həyatına təhlükədir”.

Mütəxəssislər təkliflərini açıqlayıblar: “Təklif edirik ki, qapalı məkanlarda ictimai iaşə fəaliyyəti göstərən şəxslərə maliyyə yardımı edilməklə fəaliyyətləri tam məhdudlaşdırılsın.

Bakı, Sumqayıt və Gəncədə qeydiyyatda olan hüquqi və fiziki şəxslərin iddiaçı, cavabdeh və 3-cü şəxs qismində çəlb edildikləri işlərdən başqa bütün məhkəmə işləri üzrə məhəmə iclaslarının keçirilməsi təxirə salınsın.

Vergi orqanının qərarından verilmiş şikayətlər üzrə inzibati icraat aparılmadığı (vətəndaş qəbulu həyata keçirilmədiyi) üçün həmin şikayətləri verən hüquqi və fiziki şəxslərin bank hesablarına qoyulmuş sərancamlar karantin rejiminin sonunadək geri götürülsün.

Vergi Məcəlləsinin 106-cı maddəsinə hüquqi şəxslərin aldıqları maddi yardımın vergidən azad olunmasını nəzərdə tutan əlavələr edilsin”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »