Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Ronaldu sabiq komandalarından birinə keçə bilər

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun mövsümün sonunda İtaliya "Yuventus"undan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb.

"Report" "Radio Rossonera"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Turin təmsilçisindən ayrılmaq niyyətindədir. O, mövsüm bitəndən sonra rəhbərliklə görüşərək, komandadan ayrılacaq.

Ronaldunu heyətinə qatmaq istəyən klublar da bəllidir. Ulduz futbolçunun sabiq komandaları İngiltərə "Mançester Yunayted"i və ya İspaniya "Real Madrid"inə qayıtma ehtimalının yüksək olduğu irəli sürülüb.

Belə olacağı təqdirdə, Fransanın PSJ klubunun da ulduz futbolçu üçün mübarizə aparacağı deyilir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 117 min avro qarşılığında İspaniyanın "Real Madrid" klubundan "Yuventus"a keçib. Portuqaliyalı forvardın müqaviləsi 2022-ci ildə başa çatır. Ronaldu cari mövsüm 32 oyunda meydanda olub, 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »