Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başı bitişik olan Siam əkizləri Ərdoğanın dəstəyi ilə əməliyyat olundular - Foto

2 il öncə Antaliyada başları bitişik halda dünyaya gələn Dərman və Yigit Evrensel qardaşları İngiltərədə uğurla əməliyyat olunaraq bir-birlərindən ayrılıblar.

Bizimyol.info xəbər verir ki, bu əməliyyat valideynlərin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana müraciətindən sonra, prezidentin dəstəyi ilə baş tutub.

Başı bitişik olan Siam əkizləri

Əməliyyat sonrası uşaqların atası bu sözləri dilə gətirib.

“Onları ilk dəfə ayrı-ayrılqıda görüncə hönkür-hönkür ağladım. İlk dəfə qucağıma ala bilməyin sevincini yaşadım. Xəyalım gerçək oldu. Çox xoşbəxtəm. Prezidentə minnətdaram” .

Başı bitişik olan Siam əkizləri

Siyam ekizlərini ayırmaq üçün 3 ayrı əməliyyat keçirilib. İlk dəfə 2019-cu ilin dekabr ayında dövlət başçısının göstərişi ilə ayrılmış ambulans təyyarə ilə İngiltərəyə aparılan ailə Ormond Street xəstəxanasında müntəzəm nəzarət altında olub.Başların bir-birindən ayrılması üçün aparılan 3 əməliyyatda 42 həkim iştirak edib. Yanvar ayında baş tutan son əməliyyatdan sonra uşaqlar artıq özlərini yaxşı hiss edirlər və bu günlərdə dövlət başçısının ayırtmış olduğu xüsusi təyyarə ilə vətənə dönüblər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »