Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Çini "Huawei" vasitəsilə Britaniyaya təzyiq göstərməkdə ittiham edib

ABŞ-ın dövlət katibi Mayk Pompeo ÇXR hökumətini “Huawei” şirkəti və “HSBC” bankı vasitəsilə Böyük Britaniyaya təzyiq göstərməkdə günahlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Pompeo “Huawei” şirkətinin “Çinin Kommunist partiyasının dövlət kəşfiyyatını davam etdirdiyini” bildirib.

“Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birgə Çin Kommunist partiyasının məcbur etmə və hədə-qorxu gəlmə taktikasına qarşı mübarizə aparır. Son olaraq, Pekin 5G şəbəkəsinin Birləşmiş Krallıq ərazisində qurulmasına Londonun icazə verməyəcəyi təqdirdə Britaniyanın “HSBC” bankını cəzalandırmaqla və burada Atom Elektrik Stansiyasının inşası üzrə öhdəliklərini pozacağı ilə hədələyib”, - Pompeo belə deyib.

Dövlət katibi xatırladıb ki, ötən həftə “HSBC”-nin Asiya-Sakit okean bankının baş direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü Piter Vonq “Honkonqun muxtariyyətini məhv etmək və BMT tərəfindən qeydə alınmış müqavilədəki öhdəlikləri pozmaqla bağlı Pekinin katastrofik qərarı”nı dəstəkləyən petisiya imzalayıb.

Pompeonun sözlərinə görə, bundan bir qədər əvvəl Avstraliya, Danimarka və “digər müstəqil dövlətlər” də Çin Kommunist partiyasının təzyiqi ilə üzləşiblər.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »