Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araşdırma: Vətəndaşı təhqir edən polislə Şəhriyar Hüseynov eyni adam deyil

Bazar günü sərt karantin rejimində Yasamal rayonu ərazisində polis maşınının üstünə zibil atdıqlarına görə bina sakinlərinin Çevik Polis Alayı tərəfindən əhatəyə alınması geniş müzakirələrə sabəbə oldu.

Hadisə zamanı özünü kobud aparan polislərdən birinin cəzalandırıldığı, digərinin isə cəzasız qaldığı və həmin polisin Ağcabədi rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu olduğu bildirildi. Daha sonra Şəhriyar Hüseynovun Bakıda avtosalonlardan birində 150 min manatlıq maşına görə dava saldığı da xəbərlər arasında yer aldı. Əldə etdiyimiz məlumata görə, sözü gedən Şəhriyar Hüseynov tanınmış idmançıdır və bu olaylarla bir əlaqəsi yoxdur.

“Şəhriyar dəfələrlə beynəlxalq arenalarda Azərbaycanın dövlət bayrağını qaldıran tanınmış idmançıdır, Daxili İşlər Nazirliyinin polis zabitidir və əməliyyatda iştirak edən Çevik Polis Alayına heç bir aidiyyatı yoxdur. Xəbərlərdə tirajlanan foto Şəhriyara aid deyil“.

Bu açıqlamanı Bizimyol.info saytına Beynəlxalq insan haqlarının müdafiə komitəsininin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elçin Axundzadə verib.

Elçin Axundzadə Elçin Axundzadə

Qeyd edək ki,Bizimyol.info olaraq sözü gedən xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün biz də Ağcabədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik. Lakin çox təəssüf ki, başçını qorumaq adına edilən zənglər elə onun öz reputasiyasına ziyan vurmuş oldu.Sorğumuza”bu onun şəxsi işidir, başçını biz tanımırıq” kimi qeyri –peşəkar cavablar verildi.Bu barədə dünən məlumat vermişdik.

Elçin Axundzadə həmçinin İnsan Haqları Komitəsi olaraq baş verənlərə münasibət bildirməyi də özünə borc bilib və təşkilatın adından bəyanat yayıb. Bəyanatda deyilir:

“Beynəlxalq İnsan Haqlarının Müdafiə Komitəsininin Azərbaycan üzrə nümayəndəliyi olaraq , Azərbaycan polisinin üstünə zibil ataraq nüfuzunu aşağılamağı pisləyirik. Buna paralel olaraq heç bir məhkəmə sənədi olmayaraq evə girməyı qanunsuz sayırıq və polisi etik normalara riayət etməyə səsləyirik. Daxili İşlər Naziri cənab Vilayət Eyvazova minnətdarlığımızı bildiririk , özünü vətəndaşla kobud aparan polis nəfərinin işdən azad edilməsini təqdirəlayiq sayırıq və inanırıq ki , bu araşdırmalar davam edəcək və günahkarlar varsa cəzalanacaqlar.

Bəzi saytlarda guya Ağcabədinin icra başçısının oğlu kimi şəkilləri tirajlanan Şəhriyar Hüseynov barəsində də tərəfimizdən araşdırma aparılıb, müəyyən olub ki, Şəhriyar dəfələrlə beynəlxalq arenalarda Azərbaycanın dövlət bayrağını qaldıran tanınmış idmançıdır, Daxili İşlər Nazirliyinin polis zabitidir və əməliyyatda iştirak edən Çevik Polis Alayına heç bir aidiyyatı yoxdur. Araşdırma zamanı müəyyən etdik ki, bəzi saytlarda tirajlanan fotonun Şəhriyara heç bir aidiyyəti yoxdur və bu yazılar da Azərbaycan dövlətinə və millətinə hər zaman sadiq olmuş bir ailəyə atılmış iftiradır, sifarişli və təxribat xarakterli yazı kimi qiymətləndiririk. Bu bəyannamə aidiyyatı olan orqanlara göndəriləcək, millətimizi səbrə və təxribatlara uymamağa dəvət edirik.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »