Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dakı azərbaycanlı tələbələr çarter reysi ilə ölkəyə gətiriləcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən təbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə Azərbaycan və ABŞ arasında növbəti çarter reysi həyata keçiriləcək.

İyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutacaq uçuşda ABŞ-da təhsil alan və vətənə dönə bilməyən vətəndaşların təxliyəsi nəzərdə tutulur.

Çarter uçuşlar Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, Nyu-Yorkdan ilk təxliyə uçuşu mart ayında baş tutub. (Report.az)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »