Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir qəsəbənin marşrut problemi həll edildi

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq, 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda “Kral Transport” MMC-nin müvəqqəti istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Ayrı-ayrı vaxtlarda vətəndaşlar tərəfindən marşrut xətti ilə bağlı 185 şikayət daxil olub.

Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtıq, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib.

Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Bu xətt üzrə 12 metrlik BMC Procity markalı avtobuslar fəaliyyət göstərəcək. Avro 6 standartlarına cavab verən avtobuslar rahatlığı, eləcə də fiziki imkanları məhdud sərnişinlər üçün əlçatanlığı ilə də fərqlənir. Dəyişiklik sayəsində bu xətt üzrə də ödəniş nağdsız formada həyata keçiriləcək.

Vətəndaşlardan daxil olan çoxsaylı müraicətlər nəzərə alınaraq 24 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti metronun Nəriman Nərimanov stansiyası - Qaraçuxur qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 45 mindən artıq sakini olan Qaraçuxur qəsəbəsinin Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və Nəriman Nərimanov metro stansiyası ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub.

Yeni hərəkət sxeminə əsasən, Bakı Olimpiya Stadionunun ictimai nəqliyyatla hər iki istiqamətdə əlaqələndirilməsi də təşkil edilib. (Virtualaz.org)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »