Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlman ölkəsində virus həyəcanı: xəstəxanalarda yer qalmayıb

Pakistanda koronavirusla bağlı vəziyyət çox pisləşib. Xəstəxanalar pasiyentləri yer qalmadığından qəbul edə bilmir.

Bizimyol.info xəbər verir ki, Pakistanda epidemiyanın pik nöqtəsi bir ay sonraya gözlənilirdi. Amma ölkədə indidən vəziyyət ağırlaşıb. Xəstəxanalar virusa yoluxanları geri qaytarmağa başlayıb.

Pakistan Təbiblər Birliyinin baş katibi Sacid Kasiyer mətbuata açıqlamasında vəziyyətin çox ağır olduğunu etiraf edib. Onun sözlərinə görə, xəstəxanalar virusa yoluxanları məcburiyyətdən geri qaytarır: “Boş çarpayı qalmayıb”.

Kasiyer deyib ki, xəstələr özəl xəstəxanalara üz tuta bilər, amma onlar ağır yükü götürmək iqtidarında deyillər. Çünki yetərincə işçi heyəti və avadanlıq yoxdur.

Pakistanda koronavirus ilk dəfə fevralın 26-da qeydə alınmışdı. Son vaxtlar yoluxanların və ölənlərin sayı daha böyük sürətlə artmağa başlayıb. Təkcə son sutkada 4646 nəfərin virus testi müsbət nəticə göstərib, 105 nəfər həyatını itirib. Ümumilikdə virusa yoluxanların sayı 108 mini keçib. İnfeksiya pasiyentlərin 2172-nin həyatına son qoyub.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »