Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehman Hüseynova hələ də yardım olunur

Bloger Mehman Hüseynov bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, müalicə üçün İsveçrəyə üz tutub. Qardaşı Emin Hüseynovun təşəbbüsü ilə bir həftə əvvəl onun üçün ianə kampaniyasına başlanıb.

Bizimyol.info xəbər verir ki, üç gün ərzində Mehman Hüseynovun müalicəsi üçün lazım olan 74 min İsveçrə frankı toplanmışdı. Buna baxmayaraq, kampaniya davam edir. Blogerə hələ də yardım olunur.

İndiyə qədər 2177 nəfər ianə kampaniyasında iştirak edib. Onlar ümumilikdə 81 min 763 İsveçrə frankı toplayıb.

İanə edənlərin arasında bir sıra ictimai insanların adları diqqət çəkir. Milli Şurasının sədri Cəmil Həsənli, keçmiş deputat Gültəkin Hacıbəyli, tanınmış jurnalistlər Mehman Əliyev və Şahvələd Çobanoğlu Mehman Hüseynova kömək edib. Yardım edənlərin bir çoxu adını anonim saxlamaq qərarına gəlib. Bir neçə əcnəbinin də ianə kampaniyasında iştirak etdiyi nəzərə çarpır.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »