Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş deputat Yasamal insidentinə münasibət bildirdi

Qulamhüseyn Əlibəyli: "Hər iki tərəfdən günahkarlar cəzalandırılmalıdır"

Qulamhüseyn Əlibəyli Qulamhüseyn Əlibəyli

"Karantin rejiminin həftəsonu sərtləşdirilməsindən sonra vəzifələrini yerinə yetirən zaman polis işçilərinin üzərinə zibil və başqa predmetlər atılması qanunazidd əməl olub inzibati məsuliyyət yaradır. Eyni zamanda tətbiq olunan qadağaları pozan vətəndaşlara münasibətdə polis tərəfindən aşırı güc tətbiq olunması, onlarla qanuna zidd formada davranılması da yolverilməzdir və məsuliyyətə səbəb olmalıdır".

Bunu Bizimyol.info saytına yazılı açıqlamasında Aydınlar Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı, dövlət hüququ və Konstitusiya hüququ üzrə tanınmış mütəxəssis Qulamhüseyn Əlibəyli deyib.

O hadisəyə münasibətini bildirərkən daha sonra qeyd edib: "Yasamal rayonunda polislə vətəndaşlar arasında yaşanmış insident başa çatdıqdan sonra DİN Çevik Polis Alayının həmin ərazidəki mənzillərə qanuna zidd formada daxil olmaları, inzibati xəta törədilməsində şübhəli sayılan və heç bir müqavimət göstərməyən şəxslərlə qanunun tələblərini, milli dəyərləri və etik qaydaları gözləmədən amansız davranışı, onları kobud şəkildə təhqir etmələri və aşırı güc tətbiq etmələri polisin adını və nüfuzunu ləkələyən rüsvayçı davranış olmaqla yanaşı, hüquqi məsuliyyətə səbəb olan əməllərdir.

Xidməti vəzifələrini yerinə yetirən zaman polis işçilərinin üzərinə zibil və başqa predmetlər atan vətəndaşlar qanunun yol verdiyi üsullarla aşkara çıxarılııb məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda vətəndaşlarla amansız rəftar edən, onlara qarşı aşırı güc tətbiq edən polis əməkdaşları da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalıdırlar".

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »