Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan müharibəni udur, Rusiyanın planları pozulur

Liviyanın dirçəlməkdə olan qanuni hökuməti bəyan edib ki, Rusiyanın hər cür xəbərdarlıqlarını rədd edəcək və ölkənin qərbindəki daha iki strateji məntəqəni ələ keçirmək planlarını dayandırmayacaq.

BMT tərəfindən tanınmış və Türkiyə tərəfindən dəstəklənən Milli Barışıq Hökuməti bildirib ki, bu iki məntəqənin ələ keçirilməsi Moskvanın Liviyada da Suriyada olduğu kimi hərbi baza yaratmaq planlarının qarşısının alınması üçün lazımdır.

“The Guardian” qəzetinin yazdığına görə, bundan başqa Tripolidə mənzillənən hökumət bəyan edib ki, yanvar ayından bağlı olan neft hasilatına yenidən başlanıb.

Milli Birlik Hökumətinin bəyanatında dəqiqləşdirilir ki, hazırda başlıca məqsəd Siirt və əl-Cufra sahil şəhərlərinin qiyamçı general Haftarın birliklərindən geri alınmasıdır. Rusiyanın göndərdiyi deyilən 14 MiG-29 və Su-24 döyüş təyyarələrinin Əl-Cufradakı bazada saxlandığı iddia olunur.

Son həftələr ərzində Liviyadakı vətəndaş münaqişəsində qüvvələr balansı hökumətin xeyrinə dəyişməkdədir. Türkiyənin pilotsuz döyüş təyyarəlləri ilə dəstəklənən hökumət qoşunları ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən feldmarşal Xəlifə Haftarın qoşunlarını geri çəkilməyə məcbur edib.

Hökumətin daha çox ərazi ələ keçirmək planlarını iyunun 7-də Liviyanın daxili işlər naziri Fathi Başagha elan edib. Bununla da hökumətdə bəzilərinin “hökumət Rusiyanın xəbərdarlığına əməl edərək Sirte şəhəri üzərinə hücumdan çəkilmələdir” kimi iddialarına son qoyulub.

Liviya

Rusiya bildirmişdi ki, Siirtin hökumət tərəfindən tutulması Moskvanın qoyduğu “qırmızı xəttin” keçilməsi kimi qiymətləndiriləcək. “Guardian” yazır ki, Rusiya Liviyada nüfuz dairələrinin Moskva və Ankara arasında bölüşdürlməsinə çalışır.

Milli Birlik Hökuməti ötən həftə paytaxt Tripolinin mühasirədən tamamilə çıxdığını elan etmiş, bu münasibətlə baş nazir Fayez al-Sarrac öz təyyarəsi ilə şəhərin üzərində alçaqdan uçmuşdu.

Haftarın əsas regional dəstəkçisi olan Misir prezidenti Abdel Fəttah al-Sisi şənbə günü bazar ertəsindən başlanacaq təcili atəşkəsə çağırmışdı. Misirin bu çağırışı Fransa tərəfindən dəstəklənsə də, Ankara Qahirəni Haftara dəstək verməkdən çəkinməyə çağırıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, “Haftarın vaxtı qurtarıb”.

Milli Birlik Hökuməti bildirib ki, Haftar hərbi cinayətlərə görə mühakimə olunmalıdır və Liviyanın gələcəyinıə dair hər hansı danışıqlarda iştirak edə bilməz. Lakin Haftar hələ də mövqeyinin zəiflədiyini qəbul etmir və Sisini Ankaraya təzyiq göstərərək Türkiyədən silah və muzdlu döyüşçülər gətirilməsinin qarşısını almağa çağırır. Haftarın mövqeləri zəiflədikcə ölkənin şərqində təşəbbüs onun əlindən çıxaraq parlamentin spikeri Aguila Salehin əlində cəmləşməyə başlayır.

Başagha deyib Liviya hökuməti siyasi danışıqlar aparmağa hazırdır, lakin bu, yalnız Siirt şəhərinin və əl-Cufra hərbi hava bazasının ələ keçirilməsindən sonra baş tuta bilər. Daxili işlər nazirinin Rusiyanı Liviyada baza yaratmaqdan məhrum etmək əzmi heç şübhəsiz Birləşmiş Ştatlar tərəfindən müsbət qarşılanacaq. Beləki, ABŞ son vaxtlarda Rusiyanın Liviyada hibrid müharibəsi apardığına əmin olub.

Rusiya hələki Liviya münaqişəsində üstüörtülü iştirak edir. Moskvanın bu ölkəyə Suriyada nişanlarının gizlədilməsi üçün rənglənmiş döyüş təyyarələri gətirməsi, Liviyada 1000-dək rusiyalı muzdlu əsgərin olduğuna dair xəbərlər var.

“Guardian” yazır ki, bütün bunların Vladimir Putinin xeyir-duası ilə edildiyi çox az adamda şübhə doğurur. Liviya hökuməti bugünlərdə iki rusiyalı muzdlunun yaxalandığını və hazırda “Liviyada demokratiyaya qarşı mübarizə üçün gətirildiklərinə” dair ifadə verdiklərini bildirib.

Məqalədə deyilir ki, Türkiyə hazırda bu münaqişəsinin qalibi kimi görünür. Prezident Rəcəb Tayyip Ərdoğan BMT-nin mövcud silah embarqosunu pozaraq məxfi şəkildə Liviya hökumətini silahlarla təchiz edir. Şərhçilər bildirirlər ki, Türkiyənin bu münaqişədə iştirakının əsas məqsədi müharibədən sonrakı Liviyada tikinti kontraktlarına sahiblənmək, Aralıq dənizindəki qaz yataqlarına çıxış əldə etmək və hətta Liviyanın neft ehtiyatlarından pay almaqdır.

Liviya Milli Neft Şirkəti iyunun 7-də bildirib ki, ölkənin ən böyük Şarara neft mədənində hasilat tam bərpa olunub. Bu mədən Haftarın hücumlarına görə aylardır ki, bağlı idi. Paytaxt Tripolinin 900 kilometrliyində yerləşən Şararada günə 315 min barrel neft çıxarılır. Bu, Liviyanın bütün neft hasilatının üçdə biri qədərdir.(virtualaz.org)

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »