Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamaldakı insidentə görə həbs edilən qardaşlardan biri azadlığa buraxılıb

Yasamalda polis əməkdaşlarının üzərinə əşyalar atdığı üçün həbs edilən iki qardaşdan biri sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov özünün "facebook" səhifəsində məlumat yayıb.

Vəkil qeyd edib ki, Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb və artıq evindədir. Xatırladaq ki, o Yasamal rayon Məhkəməsinin qərarı ilə ötən gün 15 sutka inzibati həbs cəzası alıb.

Qeyd edək ki, K.Süleymanov ötən gün Yasamalda polisin keçirdiyi əməliyyat zamanı qardaşı Elmir Süleymanovla birgə saxlanılıblar. Hər iki qardaş inzibati qaydada həbs edilib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »