Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim sosial izolyasiya qaydalarına əməl etməyə çağırdı

Xüsusi karantin rejimi başlayan gündən mütəxəssislər koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı bildiriblər ki, maskalar taxılmalı, sosial məsafə gözlənilməli, gigiyenik qaydalara əməl olunmalıdır. Bu qaydalara əməl olunmayan ərazilərdə koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur.

ilə bağlı həkim Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, bugünki vəziyyətdə tək çıxış yolu

maskaların taxılması, sosial məsafənin gözlənilməsi, gigiyenik qaydalara əməl olunmasıdır.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Karantin ya lokal 3 həftəlik qapanma ilə bitə bilərdi, ya da hər kəsin şəxsi təhlükəsizliyinə əməl etməsi ilə. Birinci üçün artıq gecdir, əlac ancaq 2-ci dədir. Hər kəs maska taxıb sosial məsafəni gözləsə, infeksiyadan uzaq duracaq. Bunun üçün təbliğat düzgün qurulmalı idi, amma bu gün biz bunu görmürük. Niyə maska vacibdir- dəfələrlə deyilib, virus ancaq yaxın təmas vasitəsi ilə yoluxur. Əllərdən gözlər, ağız və burun vasitəsi ilə orqanizmə düşür. Bundan sonra qan vasitəsilə qaraciyərə gəlir. Qaraciyərdə ya neytrallaşdırılır, ya da ağ ciyərlərdə yerləşir. İlk günlərdə qızdırmanın səbəbi də budur. Maska bizi tam olmasa da qoruyur. Hər hakda aldığımız virusların sayını minimuma endirir”,-deyə M.Hüseynov bildirib.

Həkim deyib ki, əhali bu gün nə virusa, nə də onun ölümcül təsirinə inanmır, çünki şəbəkəyə yüzlərlə çaşdırıcı, heç bir elmi əsası olmayan videolar çıxdı: “Belə videoları yayanlar, karantin rejimini pozub canlı yayım açanlar, belə statuslar paylaşanlar cazəlandırılmalı idi.

Hər kəs qorunsa, sosial məsafəni saxlasa virusu lokallaşdıra biləcəyik. İnsanları günəşdən və dənizdən ayrı və stress altında saxlamaq, ehtimal olunan payız dalğasında qorxulu vəziyyət yarada bilər”.

Ramid İbrahimov

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »