Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti tədris ilində "Sağlam təhsil" layihəsi üzrə 34 məktəbdə 49 birinci sinif yaradılacaq

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığının təmin edilməsi məqsədilə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, əmrə əsasən, növbəti tədris ilində 34 ümumi təhsil müəssisəsinin 49 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçiriləcək. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları təşkil ediləcək və bu qruplara da qəbul aparılacaq.

Həmçinin sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi, bu texnologiyaların mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Məlahət Mürşüdlü vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »