Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Emin Ağalarov məhkəməyə müraciət etməyə məcbur olub - 17 milyonluq dava
emin

Bir neçə il əvvəl iş ortağına külli miqdarda borc verib geri ala bilməyən Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov məhkəməyə müraciət edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı azərbaycanlı sahibkar məhkəmə yolu ilə keçmiş biznes ortağı Stanislav Vitinskiyə qarşı iddia qaldırıb. O, verdiyi pulları və ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edib.

Bildirilib ki, Stanislav Vitinskinin Eminə 17.5 milyon rubl (təxminən 440 min manat) borcu var. Hadisə mayın sonlarında paytaxtın Presnenski məhkəməsində qeydə alınıb. Üstəlik 60.000 rubl - ödənilən dövlət rüsumu var.

“Bu kredit müqavilələri üzrə pul vəsaitidir, üstəlik 60.000 rubl - ödənilən dövlət rüsumunun həcmidir”, - Rusiya mətbuatı məhkəmədəki mənbələrinə istinadən xəbər verib.

Mediada yayılan məlumatlara görə, bir neçə il əvvəl Ağalarov və Vitinski birlikdə əşyalar və mal alış-verişi üçün qeyri-adi biznes xidmətinə başlayıb. İndi proqram uğurla işləyir, amma Eminin özü layihəni tərk edib. Bəlkə də keçmiş iş ortağına qarşı çox milyonlarla dollarlıq məhkəmə iddiasının səbəbi məhz budur.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanın Xalq artisti Bakıda ən çox gözlənilən festivallardan biri - Jaranı təxirə salmalı olub. Bakıda iyulun 29-dan avqustun 2-dək keçirilməli olan “Jara” beynəlxalq musiqi festivalı 2021-ci ilə keçirilib. Bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov Instagram səhifəsində məlumat verib:

“Əziz dostlar, çox böyük təəssüflə deməliyəm ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi-əyləncəli tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər səbəbindən biz “Jara” musiqi festivalını təxirə saldıq. O, 2021-ci ildə iyulun 28-dən avqustun 1-dək keçiriləcək. Konsert proqramı ilə dəvət olunan artistlər dəyişməyəcək. Bundan başqa, biz xeyli xoş sürpriz və gözlənilməz adlarla gələcəyik”.

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »