Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa polisin başına zibil tökənləri dəstəkləyənləri "it sürüsü" adlandərdı

“Azərbaycan polisinin başına zibil tökənləri dəstəkləyən it sürüsünün başında Bəxtiyar Hacıyev kimilər durur. Azərbaycanın sağlam düşüncəli vətəndaşları heç vaxt bu hərəkətə haqq qazandırmaz”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa öz Facebook hesabından paylaşıb.O, polisə qarşı itaətsizliyə qarşı mübarizə aparılmasa bunun dövlətçiliyin yox olmasına səbəbiyyət verəcəyini də qeyd edib.

Yasamalda polis və sakinlər arasında qarşıdurma

“Polisin əməlində qanunsuzluq varsa, bunu söyləmək, şikayət etmək, qanunsuz əmələ görə cəzalandırılmasını tələb etmək olar. Ancaq bunlar bilərəkdən başlanğıc hadisəni gözardı edərək guya insan haqlarını qoruduqlarını bəyan edərək sosial şəbəkədə dövlətə qarşı, polisə qarşı itaətsizliyi təbliğ edirlər. Bunlara qarşı bu gün dirənişimizi göstərməsək, inanın ki, sabah bu dövlətdən əsər-əlamət qalmayacaq. Karantin qaydalarında azca güzəştli davranılsa bu məmləkət xaosa sürüklənəcək”.

Bəxtiyar Hacıyev Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev Fazil Mustafanın təhqirinə cavabsız qalmayıb. O, sosial şəbəkədə bir mesajlaşmanın fotosunu paylaşıb. Şəkildə Fazil Mustafanın izləyiciyə “it küçüyü yazması” açıq görünsə də, bundan əvvəl və sonra yazılanlar barədə məlumat verilmir.

“Bu da dövlətçiliyi qoruduğunu düşünən Fazil Mustafanın bir gənc vətəndaşımıza yazdığı mesaj. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Vətəndaşı təhqir edir - öz ailə tərbiyəsinə uyğun olaraq”.

Bəxtiyar Hacıyev deputatın xalqı təhqir etməsinin dövlətçiliyə zərbə olduğunu vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
Son xəbərlər
Bütün xəbərlər »