Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan Türkiyəni müharibə ilə hədələdi, Ərdoğandan sərt cavab gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT dövlət kanalında özəl yayım zamanı Yunanıstanla münasibətlərdən danışıb. Yunanıstan tərəfinin Ayasofiya camisi ilə bağlı verdiyi bəyanat prezidenti özündən çıxarıb.

“Ölkəmizi bizmi idarə edirik, sizmi? Nə demək, Ayasofiyanı məscidə çevirməyin. Özünə çəki düzən ver, həddini bil. Sən kiminlə dans edirsən? Həddini bilməzsən, Türkiyə sənə həddini göstərər. Kiprdə girib məscidləriməzə "molotov" atırlar. Ayasofiya ilə bağlı qərarı biz hüquq dövləti olaraq verəcəyik”,- deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, iki ölkə arasında gərginlik Şərqi Aralıq və Egey dənizlərində Türkiyənin neft-qaz ehtiyatı ilə bağlı qazma-kəşfiyyat işləri aparması ilə başlayıb.

Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos bildirib ki, onun ölkəsi öz suveren hüquqlarını qorumaq üçün hər şeyə, o cümlədən Türkiyə ilə müharibəyə hazırdır.

“Yunanıstan son zamanlar Türkiyə tərəfindən daxil olan təxribatların sayının artdığını qeyd edir. Türkiyə özünü son zamanlar kifayət qədər aqressiv aparır. Belə hərəkətlərə yol verməmək üçün biz bütün diplomatik silahlardan və hətta hərbi qüvvələrimizdən istifadə etməyə hazırıq”,- demişdi.

İlhamə Rəsulova

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Ərdoğan "yox", Bayden isə “yaxşı olacaq” deyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »