Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluğun məlumatı: Qadını bıçaqlayan könüllü təslim olub

İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Bizimyol.info xəbər vrir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »