Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu krizisi qorxutmaqla deyil, insanları inandırmaqla aşmaq olacaq" - Ziyalılardan reaksiya

Yasamalda baş verən məlum hadisələrdən sonra ilk baxışda düşünmək olardı ki, əsəbləri karantində gərginləşmiş insanlar ağına bozuna baxmadan polisi qınayacaq, polisi ittiham edəcək. Amma sosial şəbəkələrə nəzər salsaq əksəriyyət, xüsusən də ziyalılar vəziyyətə ayıq başla qiymət verdilər və gərəksiz insidentlərin davam etməsinin qarşısını aldılar. Ölkədə söz sahibi olan tanınmış jurnalistlər hadisəni zamanında və layiqincə, obyektiv dəyərləndirərək alovun üzərinə su səpməyi bacardılar.Onlardan bir neçəsinin fikirlərini təqdim edirik.

"Bizim Yol"un baş redaktoru, əməkdar jurnalist Bahəddin Həzi: Polisin üzərinə zibil atılması doğru deyildi. Ancaq polisin səhər adamları evindən o cür tutub aparmaları da yanlış idi. Polisin səlahiyyəti qədər məsuliyyəti də böyükdür. İndi polisin ictimai dəstəyə həmişəkindən qat-qat çox ehtiyacı var. Bu günlərdə polis işçilərinin vətəndaşlarla xoş, insani rəftarına aid nümunələr də vardı. Ancaq unutmamalıyıq ki, çətin imtahan veririk; bu imtahanda tək bircə yanlış belə yüz doğrunu aparır. Bu krizisi təkcə qorxutmaqla deyil, həm də və bəlkə daha çox insanları inandırmaqla aşmaq olacaq. "Polis hər şeyi düz edib" deyənlər bir balaca tələsdi. Səbrli olub bircə gün gözləsəydilər "Nazir hər şeyi düz elədi" demək fürsəti qazanardılar...

...Barı hamının gördüyünü inkar etməyin. Gərginliyi daha da artırmaq lazım deyildi. Hadisələrin daha da dramatikləşməsi heç kimin xeyrinə deyil.

Tanınmış jurnalist Şöhrət El Dəniz : Son günlər polisə qarşı kampaniyaya start verilib. Kim verib və niyə verib? Bu ayrı söhbətdir.

Mənim sözüm burdakılara - milləti polis qırdı deyib, haray-həşir salanlardı. İlk növbədə bəzi jurnalist və hüquq müdafiəçilərin fikirlərinə münasibət bildirəcəm. Qardaşım, bacım o siz deyildiniz bütün günü sosial şəbəkə vasitəsilə, mətbuatda polisi ittiham edən ki, metroda, avtobusda, küçədə-bayırda əxlaqsızlıq, xuliqanlıq, şərəfsizlik edən bir sürü adam var, onlar haqqında ölçü götürmürlər. Ona-buna sataşırlar, qanun-qayda saymırlar. Kefləri nə istəyir onu da edir. Mən də daxil siz deyildinizmi bu sözləri deyən, əsəbləşən, polisi ittiham edən və sair. Təbii biz idik. Noldu indi, nə dəyişdi. Niyə birdən-birə demokrat libasını geyinməli oldunuz. Sözbazlıq üçün söz azadlığını ortaya soxdunuz. Başqasının sağlamlıq hüququnu pozan şəxsin insan hüququ matağa çevrildi.

-4 aydır çöldə-bayırda olduğundan ailə görməyən, normal qidalanmayan, bütün günü küçədə vətəndaşın tökdüyü bağışlıyın məni zibili təmizləyən polisi birdən-birə düşmənə çevirmək kimi bir ideya hardan gəlib ağlınıza. Əslində bu heç sizin ağlınızın məhsulu deyil. Bu ideya xaos, talan yaratmaq istəyənlərin ideyasıdır. Hansısa tanımadığınız vətəndaşın hüququnu qorumaq istəyindən yaranmayıb bu fikirlər.

“Azvision” xəbər portalının baş redaktoru Vüsal Məmmədov: Zibil atanlar düz eləməmişdilər, amma polis də gərək belə eləməzdi" deyənlər bir şeyi başa düşmək istəmirlər: POLİS NİYƏ BELƏ ETDİ? Əgər polis mədəni şəkildə, nəzakətlə gəlib, onun başına zibil tökərək, var-yoxunu söyənləri şöbəyə dəvət etsə, eyni biabırçılıq təkrarlanacaqdı. O adamlar artıq sübut etmişdilər ku, gücdən başqa heç bir dili anlamırlar. Polis gücdən başqa dil anlamayanlara onlardan daha güclü olduğunu xatrılatdı. Ona görə belə etdi ki, gələn dəfə heç kim ona zibil atmaq həvəsinə düşməsin. Polisi pisləyib, o adamları romantikləşdirmək ("onkoloji xəstəliyə qalib gəlibmiş", "yoldaşı koronavirusla mübarizə aparırmış") çox yanlış və təhlükəli hərəkətdir. Kiminsə yoldaşı həkimdir deyə, özü çıxıb polisin var-yoxunamı söyməlidir?! Bir başqası onkoploji xəstəlikdən sağalıbsa, polisin başına zibilmi əndərməlidir? Çox yanlış yanaşmadır .

İlhamə

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »