Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluqda ağackəsənlərlə bağlı cinayət işi başlandı

Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki rayon prokurorluğuna daxil olmuş material araşdırılmışdır.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq müxtəlif diametrlərdə olan köküstə yaş şam və cökə cinsinə məxsus ağacları dib köklərindən kəsərək təbiətə 3800 manat məbləğində xeyli miqdarda zərər vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış material üzrə Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »