Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğana məktub: “Nə olar, məni evləndirin” - Foto

Türkiyənin Zonquldak şəhəridə yaşayan Cəlal Gider internetdə tanış olduğu İndoneziyalı qadınla evlənmək üçün çarə yolları axtarır.

Bizimyol.info xəbər verir ki, 51 yaşlı kişi 48 yaşlı xanımı ölkəsinə gətirə bilmək üçün hökumətdən dəstək istəyib.

Cəlal Giderdən Ərdoğana məktub

12 il öncə həyat yoldaşından boşanan və uşaqlarını tək böyüdən Cəalal Gider indoneziyalı xanımla öz kəndlərində yaşamaq istəyir. Lakin gəlini gətirmək üçün ona 20 min TL lazımdır. Cəlal Gidər hökumətin başının böhrana qarışdığı bir dövrdə dövlətə məktub yazaraq “Nə olar, məni evləndirin” xahişini edib. O, hətta dövlət başçısı Rəcəb Tayyib Ərdoğana da eyni məzmunlu məktub göndərib.

“Onunla evlənmə saytlarından birində tanış olmuşam. Handayanın xətrinə ingilis dilini də öyrəndim. Gedib gəlinimi İndoneziyada ata-anasından istəyib burada toy etmək arzusundayam. Ailəsi ilə telefonla danışıram. Hər kəs bu evliliyə razıdır. Dövlət başçısından evliliyimə yardım etməsini xahiş edirəm”,- deyə Cəlal Gidər bildirib.

Hələ ki, orta yaşlı sevgililərin qovuşması üçün hər hansı dəstək göstərilməyib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »