Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 ev gəmi kimi okeana üzdü - Video

Norveçin Alta şəhəri yaxınlığında maraqlı təbiət hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, üzərində 8 ev yerləşən 600 metrlik torpaq sahəsi digər quru hissələrdən ayrılaraq okeana qarışıb. Yerli sakin Yan Eqil Bakkebinin lentə aldığı bu görüntülər sosial şəbəkələrin izləyiciləri və elm adamları tərəfindən maraqla qarşılanıb.Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.

Alim Deyv Petli bildirib ki, evlər üzən gil üzərində tikilib. Üzən gil anında yumşala və dağıla, daha sonra quruyub əvvəlki halını ala bilir.Toxunulmadıqda möhkəm torpaq maddə kimi kimi görünür, tərkibindəki duz ona yapışdırıcı kimi təsir edir.

Bu kimi gil torpaqlara Rusiya, Alyaska, İsveç, Norveç, Finlandiya və Kanadada rast gəlinir.Alta şəhərində üzən gilin hərəkət etməsinə nəyin səbəb olduğu hələlik naməlumdur.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »