Bakıda 18 yaşlı oğlan itkin düşüb.
APA-nın məlumatına görə, Xətai rayon sakini Samir Bağırov rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan oğlu, 2002-ci il təvəllüdlü Cəlil Bağırovun ötən gün evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.