Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hökümətin təbliğat maşını işi “üzünə-gözünə” bulaşdırdı" - Həkim

“Əhalini dənizsiz, günəşsiz və əsəbi saxlamağın payızda çox ağır nəticələri olacaq. Pandemiya adlandırılan karantin dövrünün 2-ci ayını tamamladıq. Tamamladıq deyəndə ki, hərləndik, fırlandıq, durduğumuz yerin gerisinə düşdük”.

Bu fikirləri doktor Müşfiq Hüseynov səsləndirib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Demək olar ki, bitmiş virus niyə yeniden alovlandı?

Hər şey yaxşı başladı. TƏBİB və NK kompakt, kifayət qədər yüksək səviyyəli çalışma proqramı öz effektini verdi. İran və İtaliya hadisələrinin təsiri ilə əhalidə panika havası vardı. Küçələr boş, əhali evlərdə, maska və spirt tapmaq üçün rəsmən savaş elan olunmuşdu. Sonra, aprelin 6-da xüsusi karatin rejimi elan olundu. Fikrimcə, OQ ilk səhvini “yumşaq” rejimdə etdi. Əhalinin bir qisminə deyil, hər ailə üzvü üçün 150 manat verilmək şərtilə, bunlar olsaydı, 3 həftəyə, minimum itki ilə karantin bitəcəkdi. Amma olmadı.

SMS kimi heç bir məntiqə sığmayan və izahı olmayan absurd qərar verildi. Bu ikinci səhv addım idi. Artıq hər kəs gündə 1 dəfə 3 saatlıq çıxa bilərdi. Şəhər doldu insan və maşınlarla. Bundan sonra səhvlər zənciri başladı. Nə idi bu səhvlər?

Təbliğat fiaskosu.

Hökümətin təbliğat maşını işi “üzünə-gözünə” bulaşdırdı. Eyni templə, eynl kanalda, eyni yalanı danışan, eyni reputasiyası sıfırın altında olan fırıldaqçı aparıcılar pandemiyadan danışmağa başladı. Bəzi adamlar insanlarda artıq antipatiya doğurur. Deyək ki, AzTv nin qəhrəman həkimlərə həsr etdiyi çox gözəl və təsirli rolikdən sonra, ATV-də hansısa hörmətsiz aparıcı çıxıb xalqa tibb dərsi keçməyə başladı. Düşünürəm ki, İTV və AzTV xaricində bütün kanallar bu işdə OQ-ın işinə ancaq zərər verdi.

Əhali bu gün nə virusa, nə də onun ölümcül təsirinə inanmır, çünki şəbəkəyə yüzlərlə çaşdırıcı, heç bir elmi əsası olmayan videolar çıxdı. Belə videoları yayanlar, karantin rejimini pozub canlı yayım açanlar, belə statuslar paylaşanlar cazəlandırılmalı idi.

Xaricdə yaşayan soydaşlarımızın geri dönməsi.

Ən önəmli səhv, fikrimcə, bugünkü ağır vəziyyətin əsl səbəbi, Rusiyada yaşayan Azərbaycanlıların geri dönməsi oldu. Görünür, onlar ya tam yoxlanmadı, ya pul qarşılığında içəri buraxıldı. Təqvimlə baxsaz, indiki ağır vəzityətin çıxış nöqtəsi o günlərdən götürüldü. Əslində ən çox qorxduğum məqam da o idi. Çünki Rusiyada vəziyyət bərbaddır və bunun səbəbi saxta videolar və bunlara inananların çoxluğudur”,- deyən Müşfiq Hüseynov çıxış yolunu da göstərib.

“İki günlük qapanma çarədirmi?

Məncə yox. 2 günlük qapanma çarə deyil. Çünki, bu gün və qaşıdakı 5 gündə yenə heç kim qorunmur, yenə insanlar bir-birini yoluxdurur. Əyər OQ 1 ay müddətində hər həftəsonunu qapanma elan etmək istəyirsə yanlış düşünür. Dünən olanları hamı gördü. Əhali artıq itaətsizlik və çox ağılsız qanun pozunutusuna gedir. Bəzən gülməli, bəzən ağlamalı hallar müşahidə etdik. Əvəzində polisin də gərəksiz şiddətinin və qanunsuz hərəkətinin şahidi olduq. Küçəyə zibil atanlara qarşı residivist cinayətkar kimi davranmaq olmaz. Fikrimcə, iki günlük qapanma qərarı tam düşünülmədi və spontan verildi. Niyə hər rayonda heç olmasa, 1 aptek açıq deyildi, niyə dərmanların və çörəkbişirmə sexlərinin çatdırılma xidməti işləmir? Əhaliyə istidə evdə otur deyirsizsə, onun ehtiyaclarını təmin etməlisiz. Digər tərəfdən, xəstəliyə ancaq güclü immunitetlə qalib gələ bilərsən. Dəniz mövsümü açılıb amma heç kim dənizə gedib D vitamini qəbul edə, əsəblərini sakitləşdirə bilmir. Əgər hər həftə sonu belə olacaqsa, bu sosial narazılığa, hətta partlayışa gətirib çıxaracaq. OQ bunu nəzərdə saxlamalıdır. Onların yanlış hərəkət və qərarları insanlarla polisi üzə-üzə qoya bilər. Buna gərək yoxdur, onlar bizim qardaşlarımız və övladlarımızdır, 2 aydır gecə gündüz risk qrupunda küçələrdə xidmət edirlər.

Çıxış yolu nədir?

Bu saatdan sonra iki yol var. Fikrimcə, qısamüddətli qapanmalar effektiv olmayacaq. Bildiyim qədərilə bu Türkiyə modelidir və orda gündəlik tempdə azalma cüzidir. Şəxsi fikrimdir, bu düzgün qərar deyil. Mən ilk gündən İtaliya modeli tam qapanma tərəfdarı idim, amma olmadı. Beləliklə, ya biz Belarus modelini seçib təbii seçməyə gedirik, ya da 2 həftəlik tam qapanmaya. Hər iki halın fəsadları olacaq. Bura Belarusiya, biz də belarus deyilik. Onlarda tibb sahəsi sovet zamanında olduğu kimi tamamən dövlət təchizatında və pulsuzdur. Əgər bu olacaqsa, mən də Belarus varinatı deyirəm. Yox, əhali Allahın ümidinə buraxılacaqsa, bu çox pis nəticələrə gətirə bilər.

Bir sözlə, seytnot vəziyyətinə düşmüşük. Qərar tez və qəti verilməlidir. Yenə şəxsi fikrimdir. Nə belarus, nə tam qapanma vəziyyəti tətbiq etmək mümkün deyil. Birinci üçün çox təhlükəli, ikinci üçün gecdir. Qapanmalar da çıxış yolu olmayacaq. Mən çıxış yolunu ancaq təbliğatın güclənməsi və maskaların ya pulsuz, ya da simvolik qiymətə olmasında görürəm. Dünənə kimi 2 qəpik qiyməti olan maska bu gün 30 qəpikdir. 4 nəfərlik ailə üçün bu, günə ən azı 1,20 qəpik deməkdir. Günlərlə cibdə gəzdirilən maska isə ancaq təhlükə mənbəyidir. Niyə özünüzü aldadırsız?

Hər kəs qorunsa, sosial məsafəni saxlasa, virusu lokallaşdıra biləcəyik. İnsanları günəşdən və dənizdən ayrı və stress altında saxlamaq, ehtimal olunan payız dalğasında qorxulu vəziyyət yarada bilər.

Bunu nəzərə almaq lazımdır.

Yoxsa bu iş hələ çox başımızı ağrıdacaq.”, - deyə həkim vurğulayıb.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »