Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
96 aviaşirkət qara siyahıya alındı - Gözlənilməz qərar

Avropa İttifaqı (Aİ) beynəlxalq təhlükəsizlik standartlarına cavab verməmələri səbəbindən 96 aviaşirkəti qara siyahıya salıb.

Teleqraf.com xəbər verir ki, qərar Avropa İttifaqı tərəfindən hazırlanan "Aİ-dəki məhdudiyyətlərə tabe olan hava nəqliyyat şirkətləri”nin siyahısında dərc edilib.

Qara siyahıya alınmış şirkətlərin İttifaq daxilində və xaricində uçuşlarına icazə verilməyəcəyi bildirilib. Digər ölkələrə uçsalar belə, bu siyahıdakı aviaşirkətlərlə səyahət etməyi planlaşdıran Aİ vətəndaşlarına səyahət xəbərdarlığı ediləcəyi də deyilib.

Avropa Komissiyasının Nəqliyyat Birliyi qara siyahıya alınan aviaşirkətlərə qadağa qoyulmasına səbəb kimi, texniki təhlükəsizlik baxımından yararsız və köhnəlmiş təyyarələrin vəziyyətini və şirkətlərdə aşkar olunan digər çatışmazlıqları göstərib.

Aİ-nın qara siyahısında olan 96 aviaşirkətin 50-dən çoxunun 14 Afrika ölkəsinə məxsus olduğu da deyilir.

Qeyd edək ki, Aİ tərəfindən aviaşirkətlərə aid ilk qara siyahı 2006-cı ildə nəşr olunub. Aİ hər 6 ayda bir aviaşirkətin minimum təhlükəsizlik standartlarına uyğunluğunu qiymətləndirmək üçün görüş keçirir.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »