Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Trampla söhbətimizdən sonra ABŞ-la Türkiyə arasında yeni mərhələ başlaya bilər”

“Trampla bu axşamkı danışıqlarımız regionda inkişaf edən hadisələrlə bağlı xüsusi əhəmiyyət kəsb edir. Bu danışıqdan sonra ABŞ-la Türkiyə arasında yeni bir mərhələ başlaya bilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə R.T.Ərdoğan TRT-yə müsahibəsində deyib.

Prezident bildirib ki, Trampla telefon söhbətində Suriya və Liviya başda olmaqla, regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar: “Liviya məsələsində Haftar bütün gücünü Rusiyadan alır. Putinlə təkrar söhbət etmək, yeni bir planlama aparmaq fikrindəyəm”.

Ərdoğan əlavə edib ki, FETO terror təşkilatının üzvü olan bəzi şəxslərlə bağlı da Trampla danışıb.

ABŞ Prezidenti verilən məlumatların araşdırılacağını bildirib.

ABŞ-da irqçilik və qaradərili Corc Floydun öldürülməsi məsələsinə də mövqe bildirən Ərdoğan qeyri-insani davranışları pisləyib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »